Ağsuda avtoxuliqanlıq edən sürücü həbs olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb. H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir