Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a bildirilib ki, ondan marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib. Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı daha 2 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir