Azərbaycan Polisinin Şərəfli Xidmət Yolu – 107 İllik Fəxarət Tarixi

Azərbaycan Polisi

Azərbaycan Polisinin 107 illik peşə bayramı münasibətilə təbrik.

2 iyul – Azərbaycan Polisinin peşə bayramı günü münasibətilə, başda Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini – polis əməkdaşlarını, hüquq mühafizə orqanlarında çalışan fədakar zabit və gizirlərimizi, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Polisinin 107 illik şərəfli tarixi yalnız dövlətçiliyimizin deyil, həm də cəmiyyətimizin əmin-amanlığının, sabitliyinin və təhlükəsizliyinin keşiyində ləyaqətlə duran igid insanların yoludur. Bu yol Vətənə, dövlətə, xalqa sədaqət, qanuna və ədalətə bağlılıq, yüksək məsuliyyət və vətəndaş sevgisi ilə örülmüşdür.

Müasir dövrdə Azərbaycan Polisi dövlətimizin güclənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında, beynəlxalq təhlükəsizlik çağırışlarına adekvat reaksiya verilməsində müstəsna rol oynayır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanlarına göstərilən diqqət və qayğı, o cümlədən Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar bu şərəfli peşənin nüfuzunu daha da artırmış, vətəndaş-polis münasibətlərində şəffaflığın və qarşılıqlı etimadın əsaslarını möhkəmləndirmişdir.

Bu əlamətdar gündə həyatlarını Vətənə, xalqa və dövlətə xidmət yolunda qurban verən şəhid polis əməkdaşlarımızı ehtiramla yad edir, qazilərimizə şəfa, xidmət edən zabit və əsgərlərimizə möhkəm can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər arzulayıram.

Polis – bu, sadəcə bir peşə deyil. Bu, and içilmiş bir xidmətdir, bu Vətənə sədaqətin, xalqa xidmətin rəmzidir.

Azərbaycan Polisi var olsun!
107 yaşın mübarək, Azərbaycan Polisi!

Hörmətlə,
Tural KəlbəcərliAzərbaycan Jurnalistlər Birliyinin üzvü, (AJB) “Qızıl Qələm” mükafatı laureatı
102info.az xəbər agentliyinin təsisçisi və  baş redaktoru

2 iyul 2025-ci il

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir