Siyəzəndə saxlanılan 2 nəfərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.
Onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir