Nəsimi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

İyunun 6-da Nəsimi rayonu ərazisində yerləşən dayanacaqların birindən paytaxt sakininə məxsus “Hyundai” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Hadisə ilə bağlı dərhal araşdırmalara başlayan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs – 28 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir