Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Binəqədi rayonunda mağazadan 1000 manat oğurlanıb. Rayonun 28 May qəsəbəsi ərazisində yerləşən mağazanın icarədarı polisə müraciət edərək oradan 1000 manatın oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 52 yaşlı S.Əlipaşayeva, 61 Z.Bayramova və 44 yaşlı C.Yusifov saxlanılıblar.
Rayon ərazisindəki avtomobil təmiri sexindən 500 manat dəyərində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 45 yaşlı P.Allahverdiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir