Bərdədə polis 7 kiloqram narkotik vasitə aşkarladı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidən 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir