Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir