Naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olun, təhlükə var

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 26-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3926, 3000, 999, 932, 900, 670, 650, 412, 403, 393, 271, 200, 66, 61 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

🚨🚨🚨Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir