Dövlətçiliyin keşikçiləri: Yol-Patrul Xidməti Alayının Xüsusi Bölüyü

Azərbaycan Polisi

Dövlətçiliyin keşikçiləri: Yol-Patrul Xidməti Alayının Xüsusi Bölüyü.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının şərəfli sıralarında xüsusi yer tutan qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi Bölüyüdür. Bu bölük, dövlətə və dövlətçiliyə sadiqliyi, peşəkarlığı və qətiyyətli fəaliyyəti ilə hər zaman seçilib. Onların gündəlik fəaliyyəti təkcə yol hərəkətinin tənzimlənməsi ilə yekunlaşmır bu əməkdaşlar eyni zamanda cinayətkarlığa qarşı mübarizədə, narkomaniyanın qarşısının alınmasında və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında ön cəbhədə yer alırlar.

Xüsusi Bölüyün əməkdaşları yalnız və yalnız vətən və xalq qarşısında daşıdıqları məsuliyyəti əsas götürərək xidmət edir, andlarına sadiq qalırlar. Onların gecə-gündüz demədən yollarda, küçələrdə, prospektlərdə ayıq-sayıq xidmət aparması, hər bir vətəndaşın təhlükəsizliyini qorumağa çalışması dövlətə və dövlətçiliyə bağlılıqlarının ən bariz sübutudur.

Xüsusi bölük əməkdaşlarının fəaliyyət sahəsi geniş və çoxşaxəlidir. Onlar təkcə yol hərəkətinin təhlükəsizliyinə nəzarət etmir, həm də müxtəlif hüquqazidd halların qeyri-qanuni daşımaların, silah və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınmasında fəal iştirak edirlər. Cinayətkarlığa qarşı mübarizədə göstərdikləri prinsipiallıq və cəsarət bu bölməni cəmiyyət üçün etibarlı qalxana çevirib.

Narkomaniya ilə mübarizə bu gün dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə Yol-Patrul Xidməti Alayının Xüsusi Bölüyünün fəaliyyəti xüsusi vurğulanmalıdır. Bölük əməkdaşları tərəfindən keçirilən reydlər, yol nəzarəti tədbirləri zamanı tez-tez narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilir. Onların çevikliyi və peşəkarlığı sayəsində bir çox ağır cinayətlərin qarşısı vaxtında alınır.

Hər bir əməliyyat, hər bir nəzarət tədbiri arxasında ciddi hazırlıq, intizam və məsuliyyət dayanır. Bu bölüyün əməkdaşları bu xüsusiyyətləri ilə təkcə hüquq-mühafizə sistemində deyil, bütövlükdə cəmiyyətdə hörmət və rəğbət qazanıblar.

Xüsusi Bölüyün fəaliyyəti həm də maarifləndirici xarakter daşıyır. Onlar yollarda sürücülərlə apardıqları profilaktik söhbətlər, nizam-intizamın qorunmasına dair izahatlar vasitəsilə yol-nəqliyyat mədəniyyətinin formalaşmasına mühüm töhfə verirlər. Eyni zamanda, vətəndaşların hüquqlarının qorunması, onların qanuni tələblərinin təmin olunması bu bölüyün fəaliyyətinin əsas qayələrindəndir.

Müasir dövrdə təhlükəsizlik məsələlərinin daha da aktuallaşdığı bir vaxtda Yol-Patrul Xidməti Alayının Xüsusi Bölüyü Azərbaycan vətəndaşının özünü yolda, ictimai nəqliyyatda və şəhər məkanlarında təhlükəsiz hiss etməsinə zəmanət verən əsas qüvvələrdəndir.

Dövlətimizin hüquq-mühafizə sistemi içərisində xüsusi əhəmiyyətə malik olan Yol-Patrul Xidməti Alayının Xüsusi Bölüyü peşəkarlıq, fədakarlıq və vətənpərvərlik nümunəsi göstərməkdə davam edir. Onlar sözün əsl mənasında dövlətçiliyin keşikçiləridir. Xalqın inamını, dövlətin etimadını qazanmış bu qəhrəman əməkdaşlara təşəkkür düşür onların fədakarlığı sayəsində yollarımız təhlükəsiz, gələcəyimiz isə daha etibarlıdır.

Tural Kəlbəcərli

102info.az xəbər portalının təsisçisi və baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl Qələm” mükafatı laureatı,

“Qəhrəman Azərbaycan Polisi” kitabının müəllifi.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir