Dövlətə və xalqa sədaqətin 40 illik ünvanı: Polis serjantı Tofiq Əliyev

Azərbaycan Polisi

Dövlətə və xalqa sədaqətin 40 illik ünvanı: Polis serjantı Tofiq Əliyev.

Bu gün – 24 may tarixi, əsl peşəkarlığın, fədakarlığın və sədaqətin təcəssümü olan bir şəxsin həyat salnaməsində mühüm bir mərhələni qeyd edir. Bu gün, asayişin keşiyində illərdir mətin dayanan, Vətəninə və xalqına sadiq xidmət göstərən, nümunəvi polis əməkdaşı, dəyərli dostumuz və qardaşımız, polis serjantı Əliyev Tofiq Məhərrəm oğlu 40 illik şərəfli ömrünü tamamlayır.

Tofiq Əliyev 40 illik ömrünün əhəmiyyətli bir hissəsini Daxili İşlər Orqanlarında xidmətə həsr edib. Onun keçdiyi xidmət yolu – sadəcə bir əmək tarixçəsi deyil, eyni zamanda vətəndaşlara göstərilən hörmətin, dövlətə bağlılığın və qanunun aliliyinə sadiqliyin nümunəsidir.

Tofiq müəllim polis sıralarına ilk dəfə qədəm qoyduğu gündən etibarən məsuliyyətli, nizam-intizamlı, işinə can yandıran bir əməkdaş kimi tanınıb. Əmək fəaliyyəti dövründə müxtəlif çətinliklərlə üzləşsə də, o, heç vaxt prinsip və dəyərlərindən dönməyib. Hər zaman qanunun keşiyində, vətəndaşın yanında olub. Elə bu səbəbdəndir ki, o, təkcə iş yoldaşları arasında deyil, xidmət etdiyi bölgənin sakinləri arasında da böyük hörmət və rəğbət qazanıb.

Əliyev Tofiqin fəaliyyəti təkcə xidməti sahədə deyil, eyni zamanda insanlara göstərdiyi mərhəmət, ailə dəyərlərinə sadiqliyi və dostluqda etibarlı mövqeyi ilə də yadda qalıb. O, həm də gözəl ailə başçısı, qayğıkeş ata, sədaqətli dost, mərd və əqidəli vətəndaşdır. Onun hər bir addımında Vətənə, xalqa, ailəsinə və ətrafına olan sevgisi hiss olunur.

Bu gün Tofiq Əliyevin 40 yaşı tamam olur. Bu, sadəcə bir yubiley deyil, həm də keçilmiş şərəfli yolun, xidmətlə dolu illərin qiymətləndirilməsi, cəmiyyət üçün faydalı bir ömrün təntənəsidir. Onun timsalında yüzlərlə səssiz qəhrəmanın, gecə-gündüz xidmət başında olan polis əməkdaşlarının əzmkarlığı, sədaqəti və vətənpərvərliyi canlanır.

Əziz Tofiq qardaş, bu əlamətdar gün münasibətilə Sizi ürəkdən təbrik edirik! Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzu edirik. Qoy hər yeni yaşınız yeni uğurlarla müşayiət olunsun, xalqımıza göstərdiyiniz sədaqətli xidmətiniz daim yüksək dəyərləndirilsin!

Siz bu vətənin, bu xalqın fəxr ediləsi oğullarındansınız!

Tural Kəlbəcərli
102info.az xəbər portalının baş redaktoru

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir