Yağışın, Boranın, Səddin Tanımadığı Xidmət: Qaradağ Yol Polisi Əməkdaşları Fəaliyyətdə

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Təbiətin sərt üzünü göstərdiyi, küləyin əsdiyi, yağışın dinmədiyi bir gündə Bakı şəhərinin Qaradağ rayonunda həyat axışı dayanmasa da, təhlükəsizlik hər zamankı kimi birinci yerdədir. Və bu təhlükəsizliyi təmin edən qəhrəmanlar – Qaradağ rayon Dövlət Yol Polisi əməkdaşları – yenə də ön cəbhədədir.

Sürətini azaldan sürücülərə istiqamət verən, qəza risklərini minimuma endirməyə çalışan, piyada və nəqliyyat axınını nizama salan bu insanlar təkcə qanun keşiyində deyil, eyni zamanda insanların həyatını qoruyan səssiz qəhrəmanlardır.

Soyuqda donmuş əllər, yağışdan islanmış uniforma, boranda əsən bayraq – bunlar onların xidmətinin səhnə arxasıdır. Onlar üçün hava şəraiti yox, vəzifə var. Və bu vəzifə – dövlətə, xalqa, təhlükəsizliyə xidmət deməkdir.

Qaradağ yol polisi əməkdaşları bir daha sübut edir ki, fədakarlıq sadəcə söz deyil – bu, hər gün, hər saat, hər hava şəraitində yaşanan reallıqdır.

Turan Hacıyev

102-ci qəzetin redaktor müavini

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir