Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik, əməkdar elm xadimi, tanınmış oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və aparatın əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələrin əməkdaşları, eləcə də yerli ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Aksiya Bülbülə qəsəbəsində, 32-ci Bülbülə küçəsində təşkil olunub. Tədbir çərçivəsində 250 ədəd Eldar şamı ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi Suraxanı rayonunda yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması, şəhərin mühitinin sağlamlaşdırılması və vətəndaşlarda təbiətə qarşı qayğı hissinin formalaşdırılmasıdır.
Qeyd edək ki, Suraxanı rayonunda mövsüm ərzində yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıq məqsədilə keçirilən iməcliklər davam etdiriləcək. Rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılması istiqamətində bu cür təşəbbüslərin həyata keçirilməsi əhalinin rifahına və sağlamlığına müsbət təsir göstərir.


























Mətləb Kazımov
102ci qəzetin redaktor müavini
“Qızıl qələm” mükafatı laureatı
102info.az
