
2025-ci ilin 28 və 29 aprel tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən tədqiqat materiallarından istifadə edilməklə prokurorluğun 83 müstəntiqi üçün “Həbs qətimkan tədbirinin seçilməsinin real əsasları və hüdudları” mövzusunda Zoom proqramı vasitəsi ilə onlayn rejimdə seminar keçirilib.

Mühazirə, təqdimat və dəyirmi masa formatında təşkil edilmiş seminarda dinləyicilərə həbs və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiqi standartları və prinsipləri, təqsirsizlik prezumpsiyası, həbsdə saxlanılma müddətinin uzadılması standartları, həbs edilmiş şəxs barəsində istintaq hərəkətlərinin xüsusatları, eləcə də digər əlaqəli məsələlər tədris edilib.

Seminar zamanı dinləyiciləri maraqlandırılan suallar Mərkəzin, habelə Baş Prokurorluğun İstintaq və Dövlət ittihamının müdafiəsi üzrə idarələrinin təcrübəli işçiləri tərəfindən ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə cari ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı maarifləndirici çıxışlar edilib.
102info.az
