Azərbaycan Polisi – Hər Zaman, Hər Yerdə Vətəndaşın Yanında

Azərbaycan Polisi

Qaradağ rayonu, Lokbatan dairəsi istiqamətində baş verən avtomobil qəzası bir daha sübut etdi ki, Azərbaycan polisi təkcə qanun-keşikçisi deyil, həm də hər zaman vətəndaşın yanındadır. Qəzanın baş verdiyi anda, təhlükə içində qalan sürücünün həyatı saniyələrlə ölçülürdü. Məhz bu anda Çevik Polis Alayının fədakar əməkdaşı Elnur Sadaylı çıxır.

Sürətlə hadisə yerinə çatan polis əməkdaşı qəzanın ağırlığına baxmayaraq, heç bir tərəddüd etmədən hərəkətə keçir. Həyatını riskə ataraq avtomobildə sıxışıb qalan sürücünü xilas edir. Bu əməl yalnız vəzifə borcu ilə deyil, eyni zamanda yüksək insani dəyərlərlə izah oluna bilər. Polis Elnur Sadaylının çevikliyi və cəsarəti sayəsində sürücünün həyatı xilas olunur.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycan polisi vətəndaşların təhlükəsizliyi üçün gecə-gündüz demədən çalışır. Onların varlığı insanlara güvən verir, cəmiyyətə isə sabitlik gətirir. Bu qəhrəmanlıq nümunəsi təkcə bir fərdin fədakarlığı deyil, həm də ölkəmizin hüquq-mühafizə orqanlarının ümumi vətəndaşlıq mövqeyinin göstəricisidir.

Azərbaycan polisi – hər zaman, hər yerdə, xalqının yanındadır!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir