Nəsimi rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü – C.Adıgözəlov saxlanılıb.

Onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir