Müqəddəs Ramazan Bayramımız mübarək

Baş səhifə

Müqəddəs Ramazan Bayramı Münasibətilə Təbrik

Əziz və dəyərli soydaşlar!

İlk öncə, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin anaları, həyat yoldaşları, bacıları və qızları başda olmaqla, bütün xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ramazan bayramı Uca Yaradanın bizlərə bəxş etdiyi, birliyin, bərabərliyin, şəfqətin və mərhəmətin rəmzi olan müstəsna günlərdən biridir. Bu müqəddəs bayram günündə oruc tutaraq mənəvi saflığa nail olan, duaları ilə haqqın yanında olan hər kəsə bol ruzi, firavanlıq və səadət arzulayıram.

Bu mübarək bayram günlərində şəhid ailələrinə, qazilərimizə, Vətənimizin rifahı üçün çalışan hər kəsə xüsusi ehtiramımı bildirirəm. Şəhidlərimizin ruhu daim uca olsun, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşasın. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir və dözüm diləyirəm.

Ramazan bayramı münasibətilə hər evə sevinc, hər ailəyə bərəkət, hər ürəyə rahatlıq və xoşbəxtlik arzu edirəm. Dualarınız qəbul, süfrəniz bərəkətli, ailəniz sağlam və ömür yolunuz nurlu olsun!

Bayramınız mübarək olsun!

Hörmətlə,
Tural Kəlbəcərli
102info.az xəbər agentliyinin rəhbəri

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir