Bakıda lombarda basqın edən maskalı şəxsi polis saxladı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb. Şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.

Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir