Respublikanın şimal bölgələrində də polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam edir

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Hazırda müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət hər bir istiqamətdə davam etdirilir. Yaşayış məntəqələrini birləşdiriən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülür.

Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Qarlı, şaxtalı havada hərəkət iştirakçılarına təhlükəsizlik məqsədilə zəruri ara məsafəsi saxlamaları, ötmə əməliyyatları və manevrlərdən çəkinmələri, eləcə də sürət həddinə ciddi riayət etmələri tövsiyə olunur.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir