Qubada saxlanılan 2 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Əmrah Əmrahov və Bəxtiyar Bağırov saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqramdan artıq marixuana və heroin aşkarlanıb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, Qubada polis əməkdaşlarının son bir ay ərzində
həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 12 nəfər saxlanılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir