Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Mercedes” markalı, 77-XX-911 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nuran Fətullayev Lökbatan qəsəbəsi ərazisində saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Fətullayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir