Aptekdən oğurluq edən şəxsi polis saxladı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən apteklərin birindən 500 manat oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.

Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən binaların birindən isə 450 manatlıq elektrik naqilini talamaqda şübhəli bilinən şəhər sakini 29 yaşlı F. Quliyev aşkar olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir