Qaradağ və Suraxanı rayonlarında oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qaradağ rayonu ərazisində ekskavator və avtomobillərdən 6 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumatlar daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı C.Qorçuyev və 31 yaşlı R.Nüsrətli müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bir nəfərin bank kartından 600 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı İ.Qurbanovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir