Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb. Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir