Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb.
Həmin şəxslərdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
102info.az
