Səbail rayonu ərazisində yerləşən xəstəxanada bir qadının çantasından içərisində 2640 manatı, bank kartı və sənədləri olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 43 yaşlı F.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
102info.az
