Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Türksoy Orkestrinin solisti, kamança İfaçısı Pərviz Fərhadov 9-13 dekabr tarixlərində Qazaxıstan Respublikasının Aktau Şəhərində keçirilən Qazaxıstan dombra sənətkarı Murat Oskinbayli adına təşkil edilmiş III Beynəlxalq Xalq Çalğı Alətləri müsabiqəsində fəxri qonaq kimi iştirak etmiş və xüsusi fəxri diplom və pul mükafatı ilə təltif edilmişdir.Musiqiçimizə Qazaxıstanın Xalq Artistlərindən Qazaxıstan Xalq Çalğı Alətləri ilə birgə Azərbaycan əsərlərindən ibarət konsert verməyi təklif etmişlər və konsert haqqında ətraflı müzakirə aparmışlar.Sonda onlarla xatirə fotosu çəkdirmişlər.Pərviz Fərhadov vətənə qayıdandan sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə yeni təyinat almış əməkdar incəsənət xadimi ,professor Kamilə xanım Dadaşzadə ilə öz səfər təəsüratlarını bölüşmüşdür





102info.az
