Oğuzda Pirotexniki Vasitələrin Səyyar Satışı ilə Məşğul Olan Şəxs Saxlanıldı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a  verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin səyyar satışını həyata keçirən A.Əzizzadə müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir