Lerikdə saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 102info.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin paytaxt ərazisinə çatdırılaraq burada satışını təşkil edən Məhəmməd Məmmədov saxlanılıb.

Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 8 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı Cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir