Qaxda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışında təqsirli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı Elşən Ağayev və 30 yaşlı Sadiq Hətəmli saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onlardan narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə S.Hətəmlinin rayonun Aşağı Malax kəndindəki meşə massivində kultivasiya edərək yetişdirdiyi çətənə kolları və satış məqsədilə saxladığı 2 kiloqramdan artıq marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir