Dövlət Qeydiyyat Nişanlarına Müdaxilə Edərək Cərimələrdən Yayınan Sürücülərə Cərimə Tətbiq Olunur

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Cərimələnməmək üçün bəzi sürücülər qanundan kənar əməllərə əl atırlar. Onlar dövlət qeydiyyat nişanlarına müdaxilə etməklə cərimələrdən yayınmağa çalışırlar. Eyni zamanda, bu davranış digər sürücülərə də təhlükə yaradır, çünki nişanların qanunsuz dəyişdirilməsi yol hərəkətinin düzgün təşkilinə mane olur və qarşılıqlı anlaşılmazlıq yaradır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, bu kimi qaydanı pozan sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə uyğun olaraq, 4 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub. Həmçinin, bu cür halların qarşısını almaq üçün müvafiq tədbirlər görülür və sürücülər arasında maarifləndirmə işləri aparılır.

Ətraflı məlumatı İTV-nin süjetində izləyə bilərsiniz.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir