Cəlilabadda itkin düşən Leyla Heydərova barədə məlumat axtarılır

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Leyla Heydərovanın əlamətləri bunlardır: Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir