Bərdədə 4 Kiloqram Narkotiklə Yaxalanan Şəxs Oğurluqda da Şübhəli Bilinir

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov saxlanılıb. Ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayıș evindən oğurluq etdiyi də müəyyən olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir