Zərdabda Obyektlərdən Oğurluq Edən Dəstə Zərərsizləşdirildi

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən 5 obyektdən oğurluq edən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlı saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 102info.az-a verilən məlumata görə, hadisə zamanı dəstə üzvləri tərəfindən əldə keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir