Xaçmazda iki nəfərdən 10 kiloqram narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Siyəzən rayon sakinləri Cəfər Fatihi və Xalıqverdi Bəylərov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, onlardan 10 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir