Vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz hesabına 10.200 manat ödətdirməsi barədə polisə müraciət edib.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir