Şuşa RPŞ təşkilatçılığı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən rayonun 3 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə polis əməkdaşları narkotik asılılığının törətdiyi fəsadlar, insan sağlamlığına vurduğu zərərlərlə bağlı geniş məlumatlar veriblər. Narkomaniyaya qarşı aparılan genişmiqyaslı mübarizə iştirakçıların diqqətinə çatdırılıb. Sonda bu mövzuda video çarx göstərilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir