Siyəzəndə əməliyyat zamanı 1 nəfər saxlanılıb Siyəzən

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Sabir Məhərrəmov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə S.Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir