Şirvanda 40 Min Manatlıq Dələduzluğa Görə Axtarışda Olan Şəxs Saxlanıldı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 102info.az-a verilən məlumata görə, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40000 manatını ələ keçirib.
R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir