Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində 38 yaşlı Ədalət Abdullayev dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun 102info.az-a verdiyi məlumata əsasən, Ədalət Abdullayev vətəndaşların etibarından sui-istifadə edərək onlara işə düzəltmək, əlilliklə bağlı ev və avtomobil almağa kömək etmək vədləri ilə aldadıb və bu yolla 32 min manatlıq dələduzluq edib.
Ə.Abdullayev barəsində cinayət işi açılıb və araşdırmalar davam edir. Daxili İşlər Nazirliyi həmin şəxsin qanunsuz əməllərindən zərərçəkmiş başqa vətəndaşların da bu barədə polis orqanlarına müraciət edə biləcəklərini qeyd edir.
102info.az
