
Mürsəlov Vidadi İbrahim oğlu 19 mart 1958-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Zərqulu kəndində dünyaya gəlmişdir. O, uşaq yaşlarından zəhmətsevərliyi və çalışqanlığı ilə seçilən, doğulub boya-başa çatdığı kəndin fəxri olmuşdur. Orta təhsilini uğurla başa vurduqdan sonra o, ali təhsil almaq məqsədilə Azərbaycan Kənd Təsərrüffatı İnstitutuna daxil olmuş və 1980-ci ildə Mühəndis-elektrik ixtisası üzrə məzun olmuşdur. Təhsil illərində də biliyi və çalışqanlığı ilə tanınan Vidadi müəllim, institutun ən fəal və bacarıqlı tələbələrindən biri olmuşdur.
Mürsəlov Vidadi əmək fəaliyyətinə 1980-ci ilin noyabr ayında “Meliorasiya və Su Təəsərüffatı Nazirliyi”nin Yuxarı Qarabağ Kanalı İstismarı idarəsində mühəndis-elektrik kimi başlamışdır. Qısa müddət ərzində burada öz biliyi və peşəkarlığı ilə seçilən Vidadi müəllim böyük mühəndis vəzifəsinə yüksəlmişdir. Bu idarədəki fəaliyyəti dövründə o, suvarma sistemlərinin elektriklə təchizatı və təkmilləşdirilməsi sahəsində bir çox layihələrin həyata keçirilməsində önəmli rol oynamışdır.
1981-ci ilin noyabr ayında o, “Azərenerji” İB-nin Yevlax Elektrik Quraşdırma İdarəsində iş icraçısı kimi çalışmağa başlamış və 1986-cı ilə qədər baş mühəndis vəzifəsinə yüksəlmişdir. Bu dövr ərzində onun rəhbərliyi altında həyata keçirilən bir sıra iri layihələr enerji təchizatının optimallaşdırılmasına və istehlakçılara fasiləsiz enerji verilməsinə yönəlmişdir.
1986-cı ilin yanvar ayında “Azərenerji” İB-nin “Azərelektrikşəbəkətikinti” trestinin Yevlax Elektrik Quraşdırma İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1989-cu ilin iyuluna qədər bu vəzifədə çalışan Vidadi müəllim, idarənin işini daha da inkişaf etdirmiş və enerji infrastrukturunun gücləndirilməsi üçün əhəmiyyətli addımlar atmışdır. O, bir çox strateji layihələrdə fəal iştirak etmiş, enerji sistemlərinin modernizasiyası ilə bağlı qabaqcıl texnologiyaların tətbiqinə rəhbərlik etmişdir.
1989-cu ilin iyul ayında Vidadi Mürsəlov “Azərenerji” İB-nin “Azərelektrikşəbəkətikinti” trestində Baş Mühəndis vəzifəsinə yüksəldilmişdir. Bu vəzifədə işlədiyi müddətdə o, Azərbaycanın müxtəlif bölgələrində elektrik şəbəkələrinin yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı layihələrin uğurla həyata keçirilməsinə rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə görülən işlər nəticəsində enerji sisteminin etibarlılığı və davamlılığı xeyli dərəcədə artmışdır.
2001-ci ildən indiyə qədər isə Vidadi müəllim “Azərelektrikşəbəkətikinti” Açıq Səhimdar Cəmiyyətində İdarə Heyəti sədrinin I müavini və baş mühəndis vəzifələrində çalışmışdır. O, enerji sahəsində çalışan mütəxəssislər arasında böyük nüfuza malik idi və gənc mühəndislərə daim öz təcrübəsini və biliklərini ötürməyə çalışırdı.
Vidadi Mürsəlovun enerji sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bu medal, onun ölkənin energetika sektorunun inkişafına verdiyi əvəzsiz töhfələrin bir göstəricisi olmuşdur.
Vidadi müəllim 01 İyun 2019-cu ildə vəfat etmişdi. Vəfatı ailəsi, yaxınları və enerji sektorunda çalışan həmkarları üçün böyük itki olmuşdur. Onun əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq və o, öz çalışqanlığı və peşəkarlığı ilə hər zaman yad ediləcəkdir. Allahdan Vidadi müəllimə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. O, daim xatirələrimizdə yaçayacaq.
102info.az
