20 yaşlı həyat yoldaşını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Onun ömürlük məhkum edilməsinə hökm verilib.
Dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Qobuda baş vermişdi.
30 yaşlı F.Hüseynli yaşadıqları evdə əvvəlcə həyat yoldaşı Leylanı, sonra isə 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub.
Leyla BDU-nun üçüncü kurs tələbəsi olub. O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.
Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir.
102info.az
