Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Bu gün saat 17:30 radələrində Əlövsət Quliyev küçəsində 22-25 yaşlı qız özünü ikimərtəbəli binanın damından atıb.
O, hadisə yerində ölüb.
Ərazi polis tərəfindən nəzarətə götürülüb.
Əldə etdiyimiz məlumata görə, özünü binadan atan şəxs Bayramova İlahə Səyyad qızıdır.
Hadisə yerinə gələn ailə üzvlərinin iddiasına görə, 32 yaşlı qadın pəncərə silərkən müvazinətini itirərək ehtiyatsızlıqdan yıxılıb.
102info.az
