Xızıda urnalardan kənara atılan tullantılar təmizlənib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarının urnalardan kənara atılması, qalaqlanması halları aşkarlanıb.
Həmin ərazilər müvafiq qurumların iştirakı ilə təmizlənərək dezinfeksiya olunub.

Rayon ərazisində bu səpkidə tədbirlər davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir