Daxili işlər naziri Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Sentyabrın 6-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib.  

İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, kibercinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib. 

Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin birinci toplantısının Bəyannaməsini imzalayıblar.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir