Hörmətli Adil Abış oğlu Əliyev!
Sizi bu əlamətdar gününüz – doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Sizin zəngin həyat yolunuz, ölkəmizə və xalqımıza verdiyiniz töhfələr hər zaman böyük hörmət və ehtiramla xatırlanır. Siz, çoxşaxəli fəaliyyətinizlə, yüksək vətənpərvərliyiniz və peşəkarlığınızla cəmiyyətdə dərin iz qoymusunuz.
Müxtəlif sahələrdə, xüsusilə dövlət xidmətində göstərdiyiniz qətiyyətli mövqe və prinsipiallıq hər birimizin qürur mənbəyidir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sizin də təşəbbüsünüz və rəhbərliyiniz altında həyata keçirilən layihələr gənc nəslin düzgün istiqamətləndirilməsinə daha da inkişaf etməsinə böyük töhfələr vermişdir.
Bu gözəl gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə uğurlar arzulayıram. Hər zaman olduğu kimi, Sizin irəli sürdüyünüz ideyalar, qarşıya qoyduğunuz məqsədlər daim uğurla həyata keçsin, arzuladığınız nailiyyətlərə çatmağınıza səbəb olsun. Həyatınızda və fəaliyyətinizdə yeni-yeni zirvələr fəth etməyiniz diləyi ilə.
Doğum gününüz mübarək olsun!

Hörmətlə : Könül Nəbizadə
“102info.az” xəbər saytının redaktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB)
“Qızıl qələm” mükafatı laureatı
Qərbi Azərbaycan Vedibasar mahalının gənc ziyalısı
102info.az
