DİN-in Polis Akademiyasında tədris prosesində innovativ təlim metodlarının tətbiqi, pedoqoji heyətin peşə bacarıq və vərdişlərinin daha da yüksəldilməsi üçün Akademiyanın pedoqoji heyəti ilə “Polis təlimçilərinin (müəllimlərin) təlimi” mövzusunda kursun keçirilməsi məqsədilə Akademiyaya Türkiyə Respublikası Polis Akademiyasından ixtisaslaşdırılmış və peşəkar təlimçilər dəvət olunub.
22 iyul – 02 avqust 2024-cü il tarixlərində keçirilən təlimdə Türkiyə Respublikası Polis Akademiyasından təlimçi mütəxəssislər və Polis Akademiyasının müxtəlif kafedralarından ümumilikdə 20 müəllim iştirak edib.
Təlimçilər tərəfindən dinləyicilərə dərsin düzgün formada planlaşdırılması, vaxta görə bölgüsü, dərslər keçirilərkən əsas diqqət ediləcək məqamlar: mövzuya düzgün giriş etmək, mövzu barədə maraq yaratmaq, mövzuya hakim olmaq, səlis izahlı nitq qabiliyyəti, çıxışın sərbəst və əmin aparılması (həyacanın idarə edilməsi), bədən dilindən dügün istifadə etmə (jestlər, mimikalar), zalı ələ alma və interaktiv təlim aparma bacarığı və təlimçinin ümumi davranış qaydaları barədə ətraflı məlumatlar verilib.
İnteraktiv qaydada keçirilən təlim boyunca iştirakçılar onlara verilmiş tapşırıqlara əsasən təqdimatlarla çıxışlar edib və mövzular ətrafında müzakirələr apararaq simulyasiya dərsləri keçiblər.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib.
102info.az