Samuxda narkoti vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Samuxda narkoti vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün
“LADA” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü A. Süleymanov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir