Qusarda qaydaları pozan velosipedçilərə qarşı profilaktik tədbir keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qusarda qaydaları pozan velosipedçilərə qarşı profilaktik tədbir keçirilib.

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən velosiped və moped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirmə məqsədli profilaktik tədbir keçirilib.

Təhlükəsizlik dəbilqəsindən istifadən etməyən, həmçinin digər qayda pozuntularına yol verən şəxslərlə söhbətlər aparılıb.

Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir