Polis əməkdaşları Füzuli rayonunda əməliyyatlar keçirib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Polis əməkdaşları Füzuli rayonunda əməliyyatlar keçirib.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 102info.az-a verilən məlumata görə, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub.
Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir